Faiq Ağayev Röyanı "blok"a atıb: "Cavab verdim ki..."
30 dekabr 2019 11:06 (UTC +04:00)

Faiq Ağayev Röyanı "blok"a atıb: "Cavab verdim ki..."

0

Xalq artisti Röya Ayxan yenicə barışdığı həmkarı Faiq Ağayev barədə danışıb.

Lent.az-ın məlumatına görə, Röya  bildirib ki, Faiq onu sosial şəbəkədə "qara siyahı"ya atıbmış:

"Heç kimlə problemim yoxdur, sadəcə aramızda anlaşılmazlıq olur. Biz bir-birimizə qarşı deyilən sözü düzgün qəbul etmirik, bu hal evimizdə də baş verir. Yazdılar "Barışmaq istəyir". Belə deyil, mən istədiyimi hər zaman edirəm.

İlk dəfə məni İnstaqramda "qara siyahıya" Faiq Ağayev atmışdı. Gəlib dedi ki, səni görə bilmirəm. Cavab verdim ki, "aç, gör, niyə?"

Sənət tariximdə Faiq Ağayevin də rolu var. Məni hər zaman dəstəkləyib və ondan həmişə də dəstək gözləyirəm".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4557

Oxşar yazılar